AZ

Texasda kişi Tramp mövzusunda mübahisədən sonra öz qızını güllələyib

Britaniyalı gənc qadının ölümü ABŞ-də ailədaxili münaqişə və silah təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın Çeşir qraflığından olan 23 yaşlı Lusi Harrison ABŞ-nin Texas ştatının Prosper şəhərində, Dallas yaxınlığında atasının evində güllə yarası alaraq həyatını itirib. BBC News-un istintaq materiallarına istinadla yaydığı məlumata görə, faciədən bir neçə saat əvvəl Lusi Harrison atası Kris Harrisonla ABŞ prezidenti Donald Tramp mövzusunda ciddi mübahisə edib.

Hadisə 10 yanvar 2025-ci ildə baş verib. Gənc qadın sinəsindən açılan atəş nəticəsində ölüb. Prosper şəhər polisi ilkin mərhələdə ölümü ehtiyatsızlıqdan adam öldürmə kimi araşdırsa da, Kollin dairəsinin böyük münsiflər heyəti Kris Harrisona qarşı ittiham irəli sürməkdən imtina edib və nəticədə ona qarşı cinayət işi açılmayıb.

Eyni zamanda Böyük Britaniyada Çeşir qraflığının koroner məhkəməsində Lusi Harrisonun ölümü ilə bağlı ayrıca araşdırma başlanıb. Məhkəmədə onun sevgilisi Səm Littler ifadə verərək bildirib ki, hadisə günü Trampın ikinci prezidentlik müddətinə hazırlaşması fonunda ata və qız arasında “böyük mübahisə” yaşanıb. Littlerin sözlərinə görə, Lusi Harrison atası silah sahibi olması barədə danışanda tez-tez əsəbiləşirdi.

İstintaq zamanı məlum olub ki, ABŞ-yə Lusi uşaq yaşlarında olarkən köçən Kris Harrison əvvəllər alkoqol asılılığından müalicə keçib. Məhkəmədə şəxsən iştirak etməyən Kris Harrison yazılı bəyanatında atışma günü alkoqoldan yenidən istifadə etdiyini və təxminən 500 millilitr ağ şərab içdiyini etiraf edib.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr