AZ

“Azərbaycanlılar ABŞ hərbi dənizçiləri ilə çiyin-çiyinə vuruşublar”

“Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular”.

Bu fikirləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Prezident İlham Əliyevlə birgə mətbuata açıqladığı bəyanatlarda bildirib.

Vens bildirib ki, azərbaycanlılar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək veriblər:

“Onlar ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik”.

"Cebheinfo.az" 

Seçilən
30
3
cebheinfo.az

4Mənbələr