AZ

Məşhur televiziya aparıcısı təcavüzə məruz qalıb

Məşhur televiziya aparıcısı Eşli Ceyms yeniyetməlik dövründə təcavüzə məruz qalmasından danışıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Ceyms hadisənin hələ məktəbli olarkən baş verdiyini deyib. O, təcavüzkarın kimliyini açıqlamayıb.

Aparıcı təcavüz qurbanlarını günahlandırmağa meylli olan mədəniyyətdən və cəmiyyətdən şikayətlənib.

“Biz kişilərə təcavüz etməməyi öyrətmək əvəzinə, qadınlara təcavüzə məruz qalmamağı öyrədirik. Kişilər bizi təcavüzə məruz qoymağı dayandıra bilərlər”, - o qeyd edib.

İki uşaq anası əlavə edib ki, hücum barədə polisə məlumat verməyib.

“Polisin mənə inanmayacağını düşündüyümdən deyil, bu adam tanıdığım üçün şikayət etmədim. O, mənim dostum idi. Buna görə illərdir yalnız özümü günahlandırmışam. Hətta indi də onu təcavüzkar kimi düşünməkdən əzab çəkirəm”, - o etiraf edib.

Elvin

Ölkə.az

Seçilən
29
1
olke.az

2Mənbələr