AZ

ABŞ Venesuela nefti üzrə lisenziyada Rusiya və İrana qadağa qoydu

BAKI, 11 fevral. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi tərəfindən Venesuela nefti üzrə verilən yeni lisenziya Rusiya, İran, KXDR və Kuba ilə bağlı şəxslərlə maliyyə əməliyyatlarının aparılmasını qadağan edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunan sənəddə qeyd olunub.

Sənəddə bildirilir ki, lisenziya Rusiya Federasiyası, İran İslam Respublikası, Koreya Xalq Demokratik Respublikası və Kuba Respublikasında yerləşən şəxslərin iştirakı ilə, eləcə də bu ölkələrin qanunvericiliyinə uyğun yaradılmış, birbaşa və ya dolayısı ilə həmin şəxslərə məxsus və ya onların nəzarətində olan təşkilatlarla istənilən tranzaksiyaya icazə vermir. Eyni zamanda, bu şəxslərlə birgə müəssisələrə də qadağa tətbiq edilir.

Bundan əlavə, lisenziya Çinlə əlaqəli məhdudiyyətləri də nəzərdə tutur. Belə ki, sənədə əsasən, Venesuela və ABŞ-də qeydiyyatdan keçmiş, birbaşa və ya dolayı yolla Çin vətəndaşlarına məxsus olan və ya onlarla birgə müəssisə kimi fəaliyyət göstərən hüquqi şəxslərlə əməliyyatların aparılması da qadağandır.

Seçilən
54
teleqraf.com

1Mənbələr