AZ

Fransada şərab ixracı azalıb

Bakı, 11 fevral, AZƏRTAC

Fransada 3 ildir ardıcıl olaraq şərab ixracı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Şərab İxracatçıları Federasiyasının sonuncu bülletenində məlumat verilir. Qeyd olunur ki, 2025-ci ildə şərab ixracının həcmi 8 faiz azalaraq 14,3 milyard avroya enib.

2022-ci ildən etibarən şərab ixracatı 17 faiz azalıb. Bu sektor ixracatda ikinci yerdən üçüncü yerə geriləyib. İlk 2 yerdə aerokosmik və kosmetika sənayesi dayanır.

Avropa ölkələrinə satışlar stabil qalsa da, ABŞ-a satışlar 21, Çinə isə 20 faiz azalıb.

Seçilən
34
1
azertag.az

2Mənbələr