AZ

Kolumbiya Prezidenti özünə qarşı sui-qəsd barədə məlumat verdi

BAKI, 11 fevral. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, özünün və uşaqlarının olduğu helikopter sui-qəsd təhlükəsinə görə istiqamətini dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Qustavo Petro prezident administrasiyasının "YouTube" kanalında yayımlanan hökumət iclasında açıqlama verib.

Petro deyib ki, helikopterin enməli olduğu yerə enməyib, çünki onun və uşaqlarının olduğu helikoptere atəş açılacağı ehtimalı var idi. O, həmçinin qeyd edib ki, beləliklə sui-qəsddən qurtula bilib.

“Dörd saat boyunca açıq dəniz üzərində uçduq və planlaşdırılmamış yerə çatdıq”, - o deyib.

Kolumbiya prezidentinə qarşı hazırlanmış sui-qəsd cəhdinin qarşısı alınıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr