AZ

Kuba əhalisi kömür ehtiyatı toplayır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 fevral, AZƏRTAC

Enerji böhranının dərinləşdiyi vaxtda Kuba əhalisi ehtiyat tədbirləri görməyə başlayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, paytaxt Havana sakinləri kütləvi şəkildə odun sobaları və kömür alırlar. Paytaxta sutka ərzində cəmi bir neçə saat elektrik verildiyindən yemək hazırlamaq üçün alternativ vasitələrdən istifadə lazım gəlir.

Maddi vəziyyəti daha yaxşı olanlar isə evlərinə Günəş panelləri quraşdırırlar.

Yaşlı əhali 90-cı illərdə SSRİ-nin süqutu vaxtı belə bir “xüsusi dövrün” olduğunu xatırlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
118
2
azertag.az

3Mənbələr