AZ

ABŞ narkotik qaçaqmalçılığı ilə quruda mübarizə aparmağı planlaşdırır

ABŞ narkotik qaçaqmalçılığı ilə quruda mübarizə aparmağı planlaşdırır

ABŞ narkotik qaçaqmalçılığı ilə quruda mübarizəyə başlamaq niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Fox Business" telekanalının efirində bildirib. Dövlət başçısı qeyd edib ki, görülən tədbirlər nəticəsində narkotrafik əhəmiyyətli dərəcədə azalıb və ilk növbədə dəniz nəqliyyatına endirilən zərbələr sayəsində qaçaqmalçılığın qarşısı alınıb.

Trampın sözlərinə görə, əvvəlcə gəmilərlə bağlı məsələni həll etmək vacib idi, çünki quruda əməliyyatlar başlasaydı, narkokartellər dərhal dəniz yollarına üz tutardılar. İndi isə dənizdə bu imkanların qalmadığını deyən ABŞ lideri yaxın gələcəkdə birbaşa quruda zərbələr endirməyə başlayacaqlarını vurğulayıb.

Daha əvvəl "New York Post" qəzetinə verdiyi müsahibədə də Donald Tramp narkokartellərə qarşı yerüstü əməliyyatların "istənilən yerdə" keçirilə biləcəyini qeyd etmişdi.

Seçilən
41
afn.az

1Mənbələr