AZ

Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Microsoft" tədqiqatçıları süni intellektin (AI) təsirinə ən çox məruz qalan 40 peşənin yenilənmiş siyahısını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, araşdırma 200 mindən çox istifadəçi ilə "Copilot" arasında real dialoqları təhlil etməyə əsaslanır. Müəlliflər, insanların hansı iş vəzifələrini AI-a həvalə etməyə daha çox çalışdığını araşdıraraq bunu peşə təsvirləri ilə müqayisə ediblər.

Tədqiqatçılar vurğulayırlar ki, yüksək "AI tətbiqi potensialı” insanın avtomatik əvəz olunması demək deyil – söhbət daha çox iş proseslərinin transformasiyasından gedir.

Siyahının başında intellektual işlə bağlı peşələr – kompüter, riyaziyyat və inzibati sahələr dayanır. Yüksək mövqelər həmçinin satış və call-center işçilərində də qeydə alınıb.

Qeyd etmək lazımdır ki, ali təhsil sahibi olmaq artıq texnologiyanın təsirindən qorunmaq üçün etibarlı amil sayılmır. Bəzi peşələrdə, bakalavr dərəcəsi tələb olunan işlərdə, AI tətbiqi potensialı daha yüksək olub.

AI-a ən həssas 40 peşə

* Tərcüməçilər

* Tarixçilər

* Hava heyəti və xidmət personalı

* Xidmət satış menecerləri

* Yazıçılar və müəlliflər

* Müştəri dəstəyi mütəxəssisləri

* CNC operatorları

* Telefon operatorları

* Bilet satış agentləri və turizm katibləri

* Radio və televiziya aparıcıları, DJ-lər

* Brokerlər

* Ev idarəçiliyi üzrə müəllimlər

* Telemarketoloqlar

* Konsyerjlər

* Politoloqlar

* Jurnalistlər, reportyorlar və xəbər analitikləri

* Riyaziyyatçılar

* Texniki yazıçılar

* Redaktor-korrektorlar

* Hosteslər

* Redaktorlar

* Biznes müəllimləri

* PR mütəxəssisləri

* Promouterlər və məhsul nümayişçiləri

* Reklam agentləri

* Yeni hesab açan katiblər

* Statistik köməkçilər

* Kirayə/podrat işçiləri

* Data Scientist-lər

* Şəxsi maliyyə məsləhətçiləri

* Arxivçilər

* İqtisadiyyat müəllimləri

* Veb-tərtibatçılar

* Biznes analitikləri və idarəetmə məsləhətçiləri

* Coğrafiya mütəxəssisləri

* Modellər

* Bazar analitikləri

* Təxirəsalınmaz xidmət dispetçerləri

* Operatorlar

* Kitabxana işləri üzrə müəllimlər

Eyni zamanda, AI-ın təsiri hələ minimal olan sahələr də var – əsasən avadanlıqla fiziki iş tələb edən sahələr, məsələn, ekskavator operatorları və su təmizləmə sistemlərinin işçiləri.

Səhiyyə sahəsində tələbin artdığı qeyd olunur: evdə qulluq sahəsi yaxın onillikdə ən çox iş yerlərindən birini yaratması gözlənilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
qaynarinfo.az

1Mənbələr