AZ

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Məlumata görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən həmin kollecin direktoru vəzifəsinin icrası həvalə olunub.

Qeyd edək ki, S.Qurbanov ötən il həmin kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdi.

O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

İş elanları AzVak.az-da

© "Report"

Səbuhi QurbanovBakı Dövlət Rabitə və Nəqliyyat Kolleciyeni təyinattəhsil xəbərlərikolec direktoru təyinatıElm və Ali Təhsil üzrə Dövlət AgentliyiAzərbaycan Texniki Universiteti nəzdində kollecBakı rabitə kolleci rəhbərlik dəyişikliyiSəbuhi Qurbanov kimdirtəhsil idarəçiliyi karyerasıBDU Riyaziyyat ixtisasıUNEC Biznesin təşkili və idarə edilməsiŞəki 11 nömrəli məktəbŞəki 20 nömrəli məktəb direktoruŞəki-Zaqatala Regional Təhsil İdarəsiTərəqqi medalı təltifiAzərbaycanda təhsil rəhbər təyinatlarıkollec idarəetməsitəhsil sektorunda kadr dəyişikliyiAzərbaycan təhsil sistemikolec xəbərləritəhsil sahəsində rəhbər təyinatları
Seçilən
35
9
marja.az

10Mənbələr