AZ

Azərbaycanın lombard şirkəti ötən il ₼918 min xalis mənfəət əldə edib

BQ ASC-nin 2025-ci il üzrə audit edilməmiş maliyyə hesabatı açıqlanıb.

Banker.az xəbər verir ki, vergiyədək mənfəət 2024-cü ildə 452 594 manat, 2025-ci ildə isə 1 082 741 manat olub. Göstərici təxminən 2.4 dəfə artıb.

BQ ASC-nin xalis mənfəəti isə 343 327 manatdan 917 859 manata yüksəlib. Bu, təxminən 2.7 dəfə artım deməkdir.

Şirkətin cəmi aktivləri 5 milyon 26 min manatdan 6 milyon 804 min manata, kredit portfeli 4 milyon 506 min manatdan 6 milyon 223 min manata, cəmi kapital 162 124 manatdan 1 80 min manata çatıb.

“BQ” ASC daşınar əşyaların (əsasən qızıl, həmçinin elektronika və məişət texnikası) girovu müqabilində qısamüddətli lombard kreditlərinin verilməsi və bu əşyaların saxlanması ilə məşğuldur.

Şirkət təminatlı kredit bazarında rəqabət aparır. Bankların istehlak kreditləri üzrə şərtlərinin sərtləşməsi və əhalinin qısamüddətli nağd vəsaitə olan tələbatı lombard xidmətləri üçün perspektivli imkanlar yaradır. Şirkətin kredit portfelinin keyfiyyəti qənaətbəxş hesab olunur və valyuta riskləri aşağıdır.

Xatırladaq ki, “BQ” ASC-nin nizamnamə kapitalının 100%-i bir fiziki şəxsə — Quliyev Fərman Eldar oğluna məxsusdur.

Seçilən
13
banker.az

1Mənbələr