AZ

“Ermənistan və Azərbaycan sülhə çox yaxınlaşıblar” - Paşinyan

“Ermənistan və Azərbaycan sülhə çox yaxınlaşıblar. Tərəflər artıq sülhün dönməz xarakter alacağı həddə çatıblar”.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Sülhün pozulması baş verməyəcək. Biz ardıcıl şəkildə delimitasiya yolu ilə gedəcəyik. Delimitasiya komissiyaları məsafədən fəal şəkildə işləyirlər.

Azərbaycandan Ermənistana gələn dəmir yolu əlaqəsi maneəsiz fəaliyyət göstərir. Ermənistandan xarici dünyaya Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsinin də açıq olduğunu qeyd etmək çox vacibdir.

Məndə belə bir təəssürat var ki, biznes hələ bu xəbəri tam mənimsəməyib. Bizim sahibkarlarımız bu barədə düşünməlidirlər”, - deyə Paşinyan bildirib.

Seçilən
12
ikisahil.az

1Mənbələr