AZ

EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 55,87 ABŞ dollarından 57,69 dollaradək artırıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 53,42 dollar (öncəki proqnoz – 52,21 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 53 dollar (öncəki proqnoz – 54,02 dollar), WTI-nın isə 49,34 dollar (öncəki proqnoz – 50,36 dollar) olacaq.

Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
apa.az

3Mənbələr