AZ

Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər artıb?

Bakı. Trend:

2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilənisbətən 9,3 faiz artaraq 1 milyard 102,9 manat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə vəsığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texnikifəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

Bundan başqa, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkəiqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlaraəsasən 1808,0 min nəfər olub, onlardan 865,8 min nəfəriiqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlətsektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinintəmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyəsəhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,2faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizinəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texnikifəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.

Məqalədə:
Seçilən
21
49
az.trend.az

10Mənbələr