AZ

Vens “soyqırımı” paylaşımını sildi: Ermənipərəstlər məyus oldu

Dünən ABŞ-nin vitse-prezidenti J.D. Vensin qondarma erməni soyqırımı memorialına ziyarəti ilə bağlı paylaşımı onun sosial media səhifəsindən silinib. 

Paylaşımda "erməni soyqırımı" termini iki dəfə qeyd olunmuşdu, amma çox keçmədən post silinib.

Vensin bu paylaşımı onun mətbuat katibi Teylor Van Kirkin J.D. Vens və həyat yoldaşının ziyarəti ilə bağlı paylaşımı ilə əvəz edilib. 

Paylaşımda deyilib: "Ermənistana səfərimizin son günündə Əbədi Məşəlin önünə gül qoyduq və qonaqlar kitabına imza atdıq".

Bu, erməni revanşistləri kimi, ermənipərəst amerikalıları qəzəbləndirib. 

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri, ermənpərəst Nensi Pelosi bu barədə sosial mediada yazıb:

“Vitse-prezidentin bu həqiqəti qəbul edən bir paylaşımı silməsi təəccüblü olmasa da, məyusedicidir. Tarixi silmək qurbanlara hörmətsizlikdir və dünyada insan hüquqlarına olan öhdəliyimizi zəiflədir", - deyə Pelosi yazıb.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr