AZ

Jurnalist emosional olmamalıdır

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanda baş verən hansısa hadisə zamanı ilk qınanılan adamlar həm də məhz jurnalistlər olur. Sözsüz, bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Ancaq bu qınaqlarda nə qədər haqq payı var?

Adətən, deyirlər ki, bəs jurnalist elə etməməli idi, belə deməməli idi.

Fəqət jurnalist məhz elə etməli idi, elə də deməli idi. Məsələn, elə bu yaxınlarda “İdrak” liseyində baş verən hadisədə jurnalistlərin balaca uşaqdan da açıqlama alması söz-söhbət yaratmışdı. Orada edilən tək yanlış uşağın üzünün göstərilməsi ola bilər.

Ancaq isti-isti olan bir hadisə yerində jurnalist kimi gördüsə, açıqlama ala bilər. Bəlkə də, verilən məlumat yalan olacaq, ancaq elə bu da istintaqa kömək edə bilər. Bəs jurnalist həmin an nə etsin? Hansı rəsmi çıxıb açıqlama verdi, jurnalist də almadı?

İstənilən halda jurnalistin birinci işi çəkmək, işıqlandırmaq, hansısa formada xəbərlər almaqdır.

Alınan xəbərlər həqiqəti əks etdirməyə, emosional hal-qəziyyə daşıya bilər. Fəqət jurnalistin işi də məhz onları da çatdırmaqdır.

Məsələn, əgər bir ictimai-siyasi şəxs ölübsə, mərhumun torpağı soyumamış jurnalist onun doğmalarına sual verə və çəkə bilər.

Ötən gün Fəzail Ağamalının dəfnində də eyni qınaqları müşahidə etmək olurdu. Deyirdilər ki, ataları ölüb, qızından niyə müsahibə alırsan. Jurnalist ora müsahibə almağa gedib, halva yeməyə yox. Jurnalist üçün belə emosional məsələlər keçərli deyil. Ölən adam sıradan bir adam deyil axı.

Sözsüz ki, jurnalistləri ümumən bir çox məsələdə qınamaq olar. Məsələn, bəzən sualların quruluşunda. Ancaq işini görən bir adamın üstünə emosional notlarla getmək doğru deyil.

Məsələ belə olmalıdır ki, əgər jurnalist çəkiliş edirsə, ortada bir kriminal hadisə baş verirsə, kiməsə nəsə olursa, jurnalist əvvəlcə çəkməli, sonra kömək etməlidir. Bu mənada, emosiyalara yer yoxdur. Məhz peşəkarlıq bunu tələb edir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
icma.az

1Mənbələr