ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro səfər etdiyi helikopterə qarşı planlaşdırıldığı iddia olunan sui-qəsd cəhdindən son anda xilas olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, kabinet iclasında danışan Petro bildirib ki, bazar ertəsi helikopterlə Karib sahillərinə doğru hərəkət edərkən mümkün hücum barədə kəşfiyyat məlumatı alıblar. Bundan sonra uçuş marşrutu təcili şəkildə dəyişdirilib.
"Dörd saat açıq dəniz üzərində hərəkət etdik və getməməli olduğumuz bir yerə çatdıq. Beləliklə, öldürülməkdən xilas oldum", – deyə prezident vurğulayıb.
Petro marşrut dəyişikliyi qərarının çox sürətli verildiyini bildirib, lakin hücumu planlaşdırdığı iddia olunan şəxs və ya qruplar barədə detal açıqlamayıb.
2022-ci ilin avqustunda vəzifəyə başlayan Kolumbiyanın ilk solçu prezidenti daha əvvəl də cinayət şəbəkələrinin onu hədəfə aldığını bəyan etmişdi. ABŞ Prezidenti Donald Trampla münasibətlər fonunda səslənən qarşılıqlı ittihamlar da son aylarda diqqət çəkib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.