Hava ilə bağlı bu yollarda ÇƏTİNLİK YARANDI- GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Əsasən enişli-yoxuşlu yollarda, sərt döngələrdə, körpülərdə, açıq ərazilərdə sürüşmə ehtimalı əhəmiyyətli dərəcədə artıb. Ötən gündən başlayaraq DYP əməkdaşları, aidiyyəti qurumlarla birgə yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat axınının tənzimlənməsi üçün qabaqlayıcı tədbirlər görür, sürücülərlə profilaktik izahat işləri aparır.