AZ

Venesuelanın ilk neft partiyası İsrailə göndərildi FOTO

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsindən sonra illər ərzində ilk neft partiyasını İsrailə göndərilib. Bununla bağlı Bloomberg mənbələrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, yük İsrailin ən böyük xam neft emalı zavodu olan Bazan Group üçün daşınır. Venesuela neftinin böyük hissəsi son bir ay ərzində Hindistan, İspaniya və ABŞ-dakı alıcılara satılıb. Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və Venesuela neft ehtiyatlarının dünya neft ehtiyatlarının 68%-ni təşkil etdiyini bildirmişdi.

Qeyd edək ki, 3 yanvarda ABŞ Venesuelaya qarşı əməliyyata başlayıb və Prezident Nikolas Maduro ələ keçirilib. Tramp ABŞ-ın Venesuela ehtiyatlarını istismar etməklə neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib. O, həmçinin bunun ölkə iqtisadiyyatının bərpasına kömək edəcəyini iddia edib. Ötən ayın sonlarında ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Venesuela neft satışından əldə edilən gəlirləri bloklanmış hesaba köçürəcəyini və onların xərclərinə nəzarət edəcəyini açıqlayıb. Amerikalılar tərəfindən 500 milyon dollar dəyərində ilk Venesuela neft partiyasının satılması 15 yanvarda həyata keçirilib.

İlham

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
sesqazeti.az

1Mənbələr