AZ

Bundesver “Diehl Defence” şirkətindən “hava-hava” və “yer-hava” raketləri alır

“Diehl Defence” şirkəti ilə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) arasında IRIS-T ailəsinə aid raketlərin tədarükü və əlavə sifarişi ilə bağlı bir neçə müqavilə imzalanıb.

“Poliqon” “Diehl Defence”yə istinadən xəbər verir ki, müqavilələr qısa və orta mənzilli idarəolunan raketləri əhatə edir.

Bunlara həm “hava-hava” tipli IRIS-T, həm də hava hücumundan müdafiə sistemləri üçün “yer-hava” tipli IRIS-T SLS və IRIS-T SLM raketləri daxildir.

IRIS-T ailəsinə aid raketlərin istifadəsində əsas üstünlüklərdən biri çoxfunksiyalılıqdır. IRIS-T raketi həm döyüş təyyarələrində üstün “hava-hava” silahı kimi, həm də “yer-hava” variantında hava hücumundan müdafiə sisteminin tərkib hissəsi kimi tətbiq oluna bilir. Bu isə belə sistemlərin qurulması üçün effektiv və iqtisadi baxımdan səmərəli həll təqdim edir.

IRIS-T SLS sistemi qısa və çox qısa mənzilli hava hücumundan müdafiə seqmentini əhatə edir. Bu sistemdə standart IRIS-T “hava-hava” raketi dəyişdirilmədən istifadə olunur. Yüksək manevr qabiliyyətinə malik raketlər hərbçilər və infrastruktur üçün 360° dairəvi müdafiə təmin edir və qanadlı raketlərə, təyyarə və zirehli döyüş helikopterlərinin hücumlarına, eləcə də müxtəlif sinif PUA-lara qarşı effektiv qorunma yaradır.

IRIS-T SLM sistemi isə orta mənzilli hava hücumundan müdafiə seqmentinə aiddir və 60 km-ə qədər məsafədə və 20 km hündürlükdə olan təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub.

Hazırda IRIS-T ailəsinin 21 istifadəçi ölkəsi var. Bu ölkələr IRIS-T “hava-hava” raketini və ya IRIS-T HHM sistemlərini seçiblər.

Seçilən
34
poliqon.az

1Mənbələr