AZ

Dani Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrıla bilər

“Marca” nəşrinin yaydığı məlumata görə, “Real Madrid” rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra Dani Karvaxalın komandadan ayrılacağını qəbul edib.

Mənbənin bildirdiyinə əsasən, klub daxilində təcrübəli müdafiəçinin yayda komandadan gedəcəyi ehtimalı artıq real ssenari kimi qiymətləndirilir. Rəhbərlik mümkün ayrılıq variantını nəzərə alaraq heyətin formalaşdırılması ilə bağlı planlamaya başlayıb.

Qeyd edək ki, uzun illərdir “kral klubu”nun əsas heyət üzvlərindən olan Karvaxal komandanın son dövrdə qazandığı uğurlarda mühüm rol oynayıb. Onun gələcək karyerası ilə bağlı yekun qərarın mövsüm başa çatdıqdan sonra veriləcəyi gözlənilir.

Seçilən
48
veteninfo.az

1Mənbələr