AZ

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxır

Bakı, 11 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.

Ağdam klubundan AZƏRTAC-a verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.

Seçilən
55
5
azertag.az

6Mənbələr