Azərbaycan futbol tarixində ən yüksək məbləğə reallaşan transferlərin siyahısı açıqlanıb.
ONN media "Transfermarkt" portalına istinadən xəbər verir ki, rekord göstərici 2,5 milyon avro ilə Nəriman Axundzadəyə məxsusdur.
Gənc hücumçu bu transferlə həm ölkə futbolu tarixində ilk pilləyə yüksəlib, həm də son illərin ən diqqətçəkən keçidinə imza atıb.
Siyahıda ikinci yerdə 1,8 milyon avro ilə Deniz Yılmaz qərarlaşıb. İlk üçlüyü isə 1,2 milyon avro göstərici ilə Riçard Almeyda tamamlayır.