AZ

TikTokdakı patı videosu ilə bağlı AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə gənc qızın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu iddia etdiyi videolar yayılıb. Həmin görüntülərdə o, “patı” və “kola” adlandırılan maddələri payladığını bildirir və bu fəaliyyətinə heç kimin mane ola bilməyəcəyini iddia edir. Sözügedən videolar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.DİN-dən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən video ilə bağlı araşdırma aparılır.Hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında deyib ki, videoda səsləndirilən fikirlər və nümayiş etdirilən hərəkətlər sübut kimi qiymətləndirilə bilər:“Əgər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu təsdiqlənərsə, Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyət yaranır. Satış məqsədi ilə narkotik maddələrin paylanması ağır cinayət hesab olunur. Bu halda şəxs 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər. Əgər əməllər külli miqdarda, təkrar və ya qrup halında törədilibsə, cəza 5 ildən 12 ilədək arta bilər. Sosial şəbəkədə açıq şəkildə bu cür fikirlər səsləndirmək cinayətin sübut olunmasını asanlaşdıra bilər. İstintaq dövründə şəxsin saxlanılması və barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkündür. İddialar təsdiqlənərsə, həmin şəxsi ciddi və uzunmüddətli həbs cəzası gözləyə bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr