AZ

"Ezel"in məşhur aktyoru 45 yaşında vəfat edib

Türkiyənin tanınmış aktyorlarından Kanbolat Görkem Arslan 45 yaşında dünyasını dəyişib.

Far.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, aktyorun evində səhhəti qəfil pisləşib. O, təcili şəkildə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Tibb müəssisəsi aktyorun ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Kanbolat Görkem Arslan tamaşaçılara daha çox "Çemberimde Gül Oya", "Ezel", "Poyraz Karayel" və "Bir Deli Rüzgar" layihələrində canlandırdığı obrazlarla tanış idi və bu rollarla geniş izləyici rəğbəti qazanmışdı.

Seçilən
24
far.az

1Mənbələr