AZ

Yatırım üçün gümüş, yoxsa qızıl alaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qızıl və gümüşün qiyməti artmaqda davam edir. 

Vəziyyəti belə görüb qızıl və gümüş alaraq yatırım edənlərin də sayı artır. Bəzən isə gümüşün qızıldan daha çox qazandıracağı iddiaları gündəmə gəlir.

İndiki şəraitdə yatırım üçün qızıl, yoxsa gümüş daha yaxşı seçimdir?

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, qızılın və gümüşün qiymətinin artması dünyadakı tendensiya ilə bağlıdır:

“Bunun səbəbi geosiyasi gərginlik zamanı qızılın investorlar üçün “güvənli liman” rolunu oynamasıdır. Bir çox ölkələrin Mərkəzi Bankları intensiv şəkildə qızıl alırlar. İnvestorlar isə qızılın baha olması səbəbindən, qızıla pulu çatmadıqda, daha çox gümüşə üstünlük verirlər. 

Səbəb isə odur ki, gümüş və qızıl tarixən paralel qiymət dəyişirlər. Qızıl və gümüş qiymətlərində artım və enmə eyni anda baş verir. Qızıl və gümüş alışı ilə bağlı fərdi investorlara məsləhət vermək çətindir. Çünki bu, onların investisiyanı hansı müddətə istəmələri ilə bağlıdır”. 

İqtisadçı qeyd edir ki, investisiya aləti kimi fərdi və kiçik investorlar üçün risklər var:

"Çünki qızılı alanda daha baha alırıq, satmaq istəyəndə isə daha ucuz qiymətə satmalı oluruq. Bu səbəbdən də yatırım üçün qızıl, yoxsa gümüş almağa fərdi investorlar özləri qərar verməlidirlər. Buna kənardan məsləhət vermək düzgün olmaz”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

gümüş qızıl Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr