AZ

​Azərbaycan Avrasiya məkanında patentlərin qeydiyyatı sahəsində ilkə imza atdı

Bakı. Trend:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi AvrasiyaPatent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektronformada verilməsi xidmətini istifadəyə verib.

Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumatverilib.

Bildirilib ki, Avrasiya məkanında ilk dəfə ölkəmizdə həyatakeçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli MülkiyyətAgentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf)elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandanolan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddiasənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patentİdarəsinə təqdim etmək imkanı yaradılıb.

Əqli Mülkiyyət Agentliyi tərəfindən yeni funksional xidmətintətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin işyükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAHsisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərininişlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqiprosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez vədəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradanqaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır.Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat vəvaxta qənaət edən bir iş mühiti yaradılır.

Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdənəlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAHsisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.

PƏNAH sistemində bu yeniliklərin tətbiq olunması Azərbaycanınbeynəlxalq patent iddia sənədlərinin təqdim olunması sahəsindəkimüasir yanaşmalara və innovasiyalara açıq olunmasını bir dahatəsdiq edir.

Seçilən
71
5
az.trend.az

7Mənbələr