Rusiyanın təkid etdiyi əsas təhlükəsizlik qarantiyası yalnız ölkənin alyansa qoşulmaması deyil, həm də NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməməsidir.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova Lenta.ru-ya bildirib.
"NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ən vacib məsələdir. Biz bunu dəfələrlə müzakirə etmişik və ümumilikdə münaqişənin başlanğıcı məhz bu olub. Əlbəttə ki, ölkəmizin təhlükəsizlik zəmanətlərinə daxil etmək istədiyimiz bir çox başqa məqamlar da var, amma bu, ən vacib məsələdir", - deyə siyasətçi bildirib.
O izah edib ki, Ukrayna rəsmi olaraq alyansa qoşulmasa belə, NATO qoşunları könüllülər adı altında onun ərazisində yerləşdirilə bilər. Jurova vurğulayıb ki, bu, Rusiya üçün eyni dərəcədə qəbuledilməz olardı.