AZ

Nüşabə xalasını məhkəməyə verdi - VİDEO

Müğənni Nüşabə Musayeva xalasını məhkəməyə verib.
 
Bu haqda o, "Tarixin bir günü" verilişində danışıb.
 
Müğənni bildirib ki, bu yolla o xalasından intiqam alıb:
 
"Bu həyatda hər şeyin karması var. Kimə nə yaşatmısansa, onu da yaşayacaqsan. Allahın ədaləti var. Zamanı gələndə hər şeyi elə gözəl açır, ortaya qoyur ki, istəsən də istəməsən də ödəşirsən. 30 ildən sonra hər şeyin üstü açıldı. Mən bu işdən üzüağ çıxdım.
 
Hər nəslin bir üz qarası olur, xalam da bizim nəslin üz qarasıdır. Uşaqlıqda mənə yaşatdığı travmaların bədəlini ödəməli idi. Bunu uşaqlıqdan arzu edirdim. Bu gün anamın ruhu qarşısında da mən rahatam. Çünki qisasmı almışam. Ən gözəl cavab, zamanında verilən cavabdır".
 
Xatırladaq ki, 15 yaşında anasını, qardaşını və bacısını avtomobil qəzasında itirən müğənni Nüşabə Musayeva balaca qardaşı ilə birlikdə tək böyüyüb. Daha sonra onun atası xalası ilə evlənib.
 


Seçilən
106
7news.az

1Mənbələr