AZ

Özbəkistanda radioaktiv tullantıların saxlanması mərkəzi yaradılacaq

Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda radioaktiv tullantıların saxlanması mərkəzi yaradılacaq.

Herbiand.az xəbır verir ki, bu barədə hökumətin müvafiq qərarı milli qanunvericilik bazasının saytında dərc edilib. Sənəd "ölkədə radioaktiv tullantıların utilizasiyasını beynəlxalq standartlar əsasında əlaqələndirmək və ətraf mühitin radioaktiv çirklənmədən qorunması sistemini daha da təkmilləşdirmək" məqsədilə qəbul edilib.

Dövlət qurumu ölkədə tullantıların daşınması, qəbulu, çeşidlənməsi və təhlükəsiz saxlanması üçün xidmətlər göstərən yeganə qurum olacaq. Mərkəz həmçinin elmi tədqiqatlar aparacaq və radioaktiv tullantıların idarə olunması üçün yeni metodlar hazırlayacaq.

Seçilən
26
herbiand.az

1Mənbələr