AZ

Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq BU TARİXDƏN

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin sonunadək Azərbaycanda avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq.Bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev məlumat verib. O bildirib ki, İSB sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb.

 

Onun sözlərinə görə, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur:

"Düşünürük ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq".Bəs, sığorta haqqını kim ödəyəcək?Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, hazırda layihəsinin müzakirəsi gedir:“Detallı şəkildə heç nə məlum deyil. Yəqin ki, yaxın 2-3 ayda konkret qərarlar olacaq. Yalnız bundan sonra prosesin necə həyata keçiriləcəyi barədə danışmaq olaq”.Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
bizim.media

3Mənbələr