Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ hərəkatdan İsrailə zərbə endirə bilən bütün silahların təhvil verilməsini tələb edir
ABŞ Fələstinin radikal HƏMAS hərəkatına kiçik silahları saxlamağa icazə verəcək. Lakin Fələstin hərəkatı tərksilah planının bir hissəsi olaraq uzunmənzilli silahlarının əksəriyyətindən imtina etməlidir. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, ABŞ İsrailə zərbə endirə bilən bütün silahların təhvil verilməsini tələb edir. Amma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası”nın üzvləri tərəfindən hazırlanmış plan layihəsinə əsasən, HƏMAS-a ən azı ilkin olaraq bəzi kiçik silahları saxlamağa icazə veriləcək.
Qeyd olunub ki, Cared Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun da daxil olduğu Amerika rəhbərliyindəki komanda sənədi bir neçə həftə ərzində HƏMAS-a təhvil vermək niyyətindədir.
Qəzet yazıb ki, HƏMAS-ın silahlarına kimin nəzarət edəcəyi və ya bu prosesin necə həyata keçiriləcəyi hələlik məlum deyil.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.