AZ

“Heç bir qadağa qızlarımızın təhsilinə mane olmamalıdır” - QHT sədri

Bizim qızlarımızın savadlı və elmli olmasının bariz nümunəsi onların təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək vəzifələrdə çalışmasıdır. Qızlarımızın təhsilli olması hər bir valideynin və cəmiyyətin istək və arzusudur. Elə bir elm sahəsi yoxdur ki, orada xanımlarımız təmsil olunmasın. Onların təhsilinə mane olan stereotiplərə qarşı ölkəmizdə ictimaiyyət nümayəndələri daim mübarizə aparırlar. Məqsəd gender bərabərliyinin təmin edilməsi, savadlı və elmli xanımlarımızın kişilərlə bərabər cəmiyyətdə layiqli yer tutmasıdır.

Bu fikirləri QHT.az-a açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib. QHT sədrinin mövqeyimə görə, ailədə övladların tərbiyəli və savadlı olması, əlbəttə ki, analardan çox asılıdır. Deyilənə görə, intellekt övladlara anadan ötürülür:

"QHT Agentliyi tərəfindən regionlarda qızların təhsili ilə bağlı onlarla layihəyə mütəmadi olaraq maliyyə dəstəyi ayrılır. Bu da, əlbəttə ki, ailələrdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qızlarımızın təhsilə cəlb olunmasına böyük dəstək olur. Qızlarımız heç bir çətinliyə və qadağaya baxmadan təhsil almalı, karyera qurmalı və gələcək planlarını həyata keçirməkdən çəkinməməlidirlər".

Qeyd edək ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi təntənə ilə keçirilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
24
qht.az

1Mənbələr