AZ

İsrail Prezidenti bu ölkədə xalqı ayağa qaldırdı

Avstraliyada yüzlərlə insan İsrail Prezidenti İshaq Hersoqun ölkəyə səfərinə etiraz etmək məqsədilə parlament binasının qarşısına toplaşıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABC-nin xəbərinə görə, Hersoqun Avstraliya səfəri ilə bağlı ölkənin müxtəlif şəhərlərində aksiyalar davam edir, yüzlərlə insan paytaxt Kanberradakı Parlament binasının önündə bir araya gəlib. 

Fələstin bayraqları daşıyaraq Hersoqun səfərinə etiraz edən kütlənin arasında senator Devid Pokok və Yaşıllar Partiyasından Larissa Uoters də yer alıb. Melburn şəhərində də onlarla insan etiraz məqsədilə yürüş keçirib. İsrail Prezidenti Hersoqun səfəri ölkə daxilində genişmiqyaslı etirazlara səbəb olub. 

Sidneydə toplaşan təxminən 6 min nümayişçinin bələdiyyə binasına doğru yürüş etmək istəməsindən sonra çox sayda şəxs saxlanılıb. Saxlanılan 9 nəfər polisə hücum, mane olma və təlimatlara tabe olmamaq kimi ittihamlarla mühakimə olunacaq. 

Sosyal mediada paylaşılan görüntülərdə NSW (Yeni Cənubi Uels) polisinin Sidneydəki nümayişçilərə müdaxiləsi müzakirə mövzusuna çevrilsə də, rəsmilər polisin mövqeyini müdafiə ediblər. 

Xatırladaq ki, Baş nazir Entoni Albaniz Hersoqu 14 dekabr 2025-ci ildə Sidneyin Bondi çimərliyində 15 nəfərin öldüyü hücumun qurbanlarını anmaq məqsədilə ölkəyə dəvət etmişdi. Avstraliyada iqtidarda olan Fəhlə Partiyasının bəzi üzvləri və vətəndaş cəmiyyəti qrupları İsrailin lideri Hersoqun planlaşdırılan səfərinin ləğv edilməsi üçün çağırış etmişdilər. 

Avstraliya Milli İmamlar Şurası (ANIC), Avstraliya Yəhudi Şurası və "Hind Rajab" Fondu Hersoqa viza verilməməsi və haqqında cinayət işi başladılması tələbi ilə Avstraliya Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Avstraliya Federal Polisinə birgə şikayət ərizəsi təqdim etmişdilər. 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr