AZ

Quterreş Pezeşkianı təbrik etdi, tənqid olundu

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

BMT Baş katibi Antonio Quterreş 12 fevral İran İslam İnqilabının ildönümü münasibətilə İran Prezidenti Məsud Pezeşkianı təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə qurumun media orqanında məlumat yayılıb.

BMT baş katibi təbrik məktubunda beynəlxalq ictimaiyyətin üzləşdiyi çətinliklərə, sülhə və iqlim böhranına diqqət yetirib.

Quterreşin məktubu və ötən ay etiraz aksiyalarında minlərlə iranlının öldürülməsi ilə bağlı heç bir məsələyə toxunmaması İran hökumətinə müxalif təşkilatların tənqidi ilə qarşılaşıb.

Onlar baş katibin İranda baş verənlərə laqeyd yanaşmasını onun tutduğu vəzifə və daşıdığı missiya ilə ziddiyət təşkil etdiyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
axar.az

2Mənbələr