AZ

Papuaşvilidən ŞOK İDDİA: “Brüsseldə bəziləri Gürcüstana tank yeritmək istəyirlər”

Brüsseldə bəziləri Gürcüstana tank yeritməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat yayıb.

Gürcüstan parlamentinin spikeri Brüsseldəki bəzi məmurların ölkəsinə qarşı münasibətini sərt tənqid edib.

Papuaşvili bildirib ki, Avropa İttifaqı rəsmilərinin imkanı olsaydı, Gürcüstanda “demokratiya” bərqərar etmək bəhanəsi ilə ölkəyə tank yeridərdilər.

“Brüsseldəki bəzi insanlara baxanda anlayıram ki, əgər imkanları olsaydı, sadəcə sanksiyalar tətbiq etməz, “demokratiya” qurmaq üçün Gürcüstana tanklar yeridərdilər. Onların sadəcə buna vasitələri yoxdur, yoxsa bəzi insanlar hətta buna da qadirdirlər”, – parlament sədri vurğulayıb.

Spikerin sözlərinə görə, tətbiq olunan son sanksiyalar Gürcüstana kimin real dost olduğunu, kimin isə olmadığını aydın şəkildə göstərib.

O, bəzi hökumətlərin Gürcüstanın “kürəyinə bıçaq sapladığını” və Tbilisinin bunu mütləq yadda saxlayacağını əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr