AZ

Azərbaycan nefti ilə bağlı BƏDBİN PROQNOZ

“ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, yaxın illərdə illik orta qiymət də 55-60 dollar civarında olacaq:

“EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən il bu rəqəm 570 min barel olub ki, bu da müqayisədə 30 min barel və ya 5,3 % azdır.

Neft hasilatı hər il azalır, yaxın illərdə illik orta qiymət də 55-60 dollar civarında olacaq. Ölkəmiz üçün ciddi problemlər, çağırışlar yaranır, hökumət isə problemləri görsə də, həll etməyə tələsmir.

İqtisadiyyatda inkişaf, rifahın artması üçün idarəetmə və məhkəmə islahatları lazımdır – hökuməti çəkindirən də məhz budur. Hökumət idarəetmə və məhkəmə ilə bağlı mövcud sistemə toxunmaq istəmir, amma və lakin, əsas problemi, səbəbi aradan qaldırmasan, nəticə də dəyişməyəcək”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr