AZ

"Peyvənd olunan uşaqlar xəstələnmirlər" - Həkimdən ÇAĞIRIŞ

"Peyvəndlərin virus infeksiyalarının qarşısının alınmasında rolu çox böyükdür. Peyvəndlər uşaqların sağlam böyüməsi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Uşaqlıq dövründə immun sistemi tam formalaşmadığı üçün uşaqlar virus və bakterial infeksiyalara daha tez yoluxurlar. Peyvəndlər məhz bu infeksiyaların qarşısını almaq və ağırlaşma riskini azaltmaq üçün tətbiq olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəvova adına Ekmi-Tədqiqat Pediatriya İnsitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda dedi.

Onun sözlərinə görə, peyvəndlərlə bağlı valideynlər arasında yayılan bəzi fikirlər yanlışdır:

"Peyvəndlərin ciddi zərəri yoxdur və əks göstərişləri çox məhduddur, yalnız müəyyən tibbi hallarda həkim tərəfindən qiymətləndirilir. Peyvənd olunan uşaqlar ümumiyyətlə ya xəstələnmirlər, ya da xəstəliyi daha yüngül keçirirlər və ağırlaşmaların qarşısı alınır. Suçiçəyi, qızılca, məxmərək, hepatit, poliomielit kimi ağır infeksiyaların qarşısını almağın ən effektiv yolu peyvənddir. Peyvəndləmə həm fərdi qorunma yaradır, həm də kollektiv immunitetin formalaşmasına kömək edir. Bu isə gələcəkdə xəstəliklərin geniş yayılmasının və ağır nəticələrinin qarşısını alır. Peyvəndlər sayəsində uşaqlar daha az xəstələnir, məktəbə davamiyyət artır və ümumilikdə daha sağlam cəmiyyət formalaşır".

Nuriyyə NATİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr