AZ

"Qəbələ" fransalı futbolçu ilə gücləndi

"Qəbələ" yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası "Valansyen" olan fransalı futbolçu daha öncə vətənində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren" kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Seçilən
87
12
fanat.az

10Mənbələr