AZ

Uşaqların yanaqları niyə qızarır? - Qış kremi seçərkən edilən əsas səhv

Qış aylarında soyuq və küləkli hava uşaqların həssas dərisinə daha çox təsir göstərir. Xüsusilə yanaqlarda qızartı, quruluq və yanma hissi tez-tez müşahidə olunur.

 

Pravda.az bildirir ki, bu problemin əsas səbəblərindən biri valideynlərin qış kremi seçərkən yol verdiyi səhvdir.

 

Araşdırmalara görə, bir çox valideyn uşaqlar üçün adi nəmləndirici kremdən istifadə edir. Halbuki, qış mövsümündə sadə nəmləndirici kifayət etmir. Uşaqların dərisi böyüklərlə müqayisədə daha nazik və həssasdır, soyuq hava isə dərinin qoruyucu baryerini zəiflədir. Bu səbəbdən xüsusi qoruyucu tərkibə malik qış kremindən istifadə vacib sayılır.

 

Dermatoloqlar qeyd edirlər ki, qış kremi çölə çıxmazdan təxminən 20–30 dəqiqə əvvəl tətbiq olunmalıdır. Bu, kremin dəri tərəfindən hopmasına və qoruyucu təbəqə yaratmasına imkan verir. Həmçinin məhsul seçərkən spirtsiz və həssas dəri üçün nəzərdə tutulmuş variantlara üstünlük verilməsi tövsiyə olunur.

 

Mütəxəssislər əlavə edirlər ki, evə qayıtdıqdan sonra uşağın dərisi yumşaq şəkildə təmizlənməli və ehtiyac olduqda nəmləndirici vasitə yenidən tətbiq edilməlidir.

 

Əminə Bayramova

Tarix: 11 Fevral 2026, 15:41   
Seçilən
24
pravda.az

1Mənbələr