AZ

14 fevral ərəfəsində gülün qiyməti dəyişdi - YENİ QİYMƏTLƏR

Sevgililər Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Bu gün münasibətilə ən çox hədiyyə edilən məhsul isə güllərdir. Hər il 14 fevral ərəfəsində gül dükanlarında canlanma müşahidə olunur. Bəs builki bayram öncəsi gül qiymətləri neçəyədir?

Day.Az-a danışan satıcıların sözlərinə görə, Sevgililər Günü ərəfəsində güllərə tələbat xeyli artıb. Artan tələbat fonunda qiymətlər də əvvəlki dövrlə müqayisədə bir neçə dəfə bahalaşıb. Ən çox tələbat qızılgüllərədir. Hazırda yerli qızılgüllərin qiyməti 5 manatdan başlayır.

Satıcılar bildirirlər ki, Ekvador qızılgülləri 6 manata, Hollandiya qızılgülləri isə növündən asılı olaraq 6-10 manat aralığında satılır. Ən bahalı güllərdən biri isə qartenziyadır. Bu gülün bir ədədi 20-25 manat arasında dəyişir. Buket halında isə 50 manat civarında olur. 

Satıcıların sözlərinə görə, bayramqabağı gülləri topdansatış məntəqələrindən daha baha qiymətə aldıqları üçün pərakəndə satışda da qiymətlər yüksək olur. Onlar qeyd edirlər ki, tələbatın artması bazarda qiymətlərin yüksəlməsinə birbaşa təsir göstərir.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
53
day.az

1Mənbələr