AZ

79 yaşlı müəllim 100-ə yaxın uşağa təcavüz edib: Şəbəkəni idarə edirmiş

Fransada həbs olunan 79 yaşlı keçmiş müəllim Jak Levuql, təxminən 60 il davam edən beynəlxalq cinsi təcavüz şəbəkəsini idarə etməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

Bildirilib ki, Qrenobl prokuroru Etyen Mantonun sözlərinə görə, Levuql 3-17 yaşlarında olan 89 şəxsə cinsi təcavüz edib. "Cinayətlərin yalnız 40 qurbanı müəyyən edilib. Əgər qurbanlar üzə çıxmaq istəyirlərsə, indi tam zamanıdır. İstintaqın əhatə dairəsini genişləndirmək istəyirik", - deyə Manto qeyd edib.

Polis iddialarına görə, Leveql ömrünün çox hissəsini tətil düşərgələrində uşaqlara kömək etməklə və ya fərdi repetitorluqla məşğul olub. Prokuror bildirib ki, Leveql Almaniya, İsveçrə, Mərakeş, Niger, Əlcəzair, Filippin, Hindistan, Kolumbiya və Yeni Kaledoniya kimi ölkələrə səyahət edib və ziyarət etdiyi yerlərdə gənclərlə cinsi əlaqədə olub.

Seçilən
65
1
publika.az

2Mənbələr