“Xəstəlik müddətində uşağa rahat və sakit mühit yaradılmalıdır. Uşağın kifayət qədər istirahət etməsi təmin olunmalı, yuxu rejimi qorunmalı, həm fiziki, həm də zehni yüklənmədən uzaq saxlanmalıdır. Eyni zamanda, otaq vaxtaşırı havalandırılmalıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda bildirib.
O qeyd edib ki, xəstəlik zamanı orqanizm maye itkisinə məruz qaldığı üçün uşağa tez-tez və az miqdarda su, kompot, çay, eləcə də evdə hazırlanmış şorbalar verilməsi tövsiyə olunur:
“Ana südü ilə qidalanan körpələrdə isə əmizdirmə mütləq davam etdirilməlidiir. Bu dövrdə uşaqlarda iştahsızlıq və həssaslıq müşahidə oluna bilər və onları məcburən qidalandırmaq düzgün deyil. Qidalar yüngül və asan həzm olunan seçilməli, yağlı və qızardılmış yeməklərdən imtina edilməlidir”.