AZ

Milli Məclisin sədri Ərəb Parlamentinin prezidenti ilə görüşdü (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdərəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd ƏhmədƏl-Yammahi ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizəilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurumarasında münasibətlərin daha da inkişafına, əməkdaşlıq imkanlarınıngenişlənməsinə və əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyinədair əminlik ifadə olunub. Sahibə Qafarova qonaqla müxtəlifbeynəlxalq tədbirlər çərçivəsində keçirilmiş görüşləri, o cümlədənötən ilin noyabrında Qahirədə baş tutmuş ikitərəfli görüşü və builin yanvarında Əbu-Dabidə Aralıq Dənizi Parlament AssambleyasınınQadın Parlament Forumunun 2-ci sessiyasında birgə iştiraklarınıməmnunluqla xatırladıb.

Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərinortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət prinsipləriəsasında uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin bu ölkələrlə münasibətlərininkişafına böyük diqqət yetirdiyi vurğulanaraq, bu gün həminsiyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevtərəfindən uğurla davam etdirildiyi bildirilib. İkitərəfliçərçivədə ərəb ölkələri ilə qarşılıqlı səfərlərin intensiv xarakterdaşıdığı, mütəmadi təmasların, aparılan danışıqların və əldə olunannəticələrin əlaqələrin inkişafına mühüm töhfə verdiyi xüsusivurğulanıb.

Görüşdə Azərbaycanın islam dininin təbliği, islam həmrəyliyininmöhkəmləndirilməsi və islamofobiyaya qarşı mübarizə istiqamətindəciddi səylər göstərdiyi qeyd olunaraq, bu sahədə ölkəmiz tərəfindənirəli sürülmüş mühüm təşəbbüslər vurğulanıb. Birgə təmsilolunduğumuz İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək vəhəmrəyliyin nümayiş etdirildiyini deyən Milli Məclisin sədri, buplatformada əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinəəminliyini ifadə edib. Eyni zamanda, Azərbaycan ilə Ərəb DövlətləriLiqası arasında iyirmi ildir davam edən səmərəli əməkdaşlıqmünasibətlərinə toxunularaq, Prezident İlham Əliyevin 2022-ci ildəLiqanın Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etdiyidiqqətə çatdırılıb.

Ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə vəəlaqələrin parlament xətti ilə inkişaf etdirilməsinə xüsusi diqqətyetirildiyini deyən Spiker Sahibə Qafarova qeyd edib ki, MilliMəclisdə ərəb ölkələri parlamentlərinin əksəriyyəti ilə işçiqruplar fəaliyyət göstərir və qarşılıqlı səfərlər, görüşlər həyatakeçirilir, əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanır,beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliknümayiş etdirilir.

Söhbət zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisolunmuş və hazırda Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərənQoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamentiarasında əlaqələrin son illərdə dinamik şəkildə inkişafındanməmnunluq ifadə olunub. Parlamentin spikeri 2023-cü ilin fevralındaQahirəyə səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil-qərargahınıziyarət etdiyini xatırladıb, həmin səfər zamanı imzalanmışəməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.Həmçinin, həmin il Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ƏrəbParlamenti yanında müşahidəçi statusu əldə etməsinin əməkdaşlığayeni imkanlar yaratdığı qeyd edilib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən ƏrəbParlamentinin Prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Azərbaycanarəsmi səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevləkeçirdiyi görüş barədə təəssüratlarını bölüşən qonaq, ölkəbaşçısının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasıistiqamətində apardığı yorulmaz fəaliyyətini yüksək qiymətləndirib.Ərəb dünyasının Azərbaycanla münasibətlərə böyük əhəmiyyətverdiyini vurğulayan Məhəmməd Əhməd Əl-Yammahi, ticarət, enerji vəlogistika kimi strateji sahələrdə tərəfdaşlığındərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. ƏrəbParlamentinin prezidenti, eyni zamanda, ərəb dünyasınıngündəliyində duran məsələlərdə, xüsusilə Fələstin probleminəmünasibətdə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycanatəşəkkürünü bildirib.

Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəmqoyduğunu deyən qonaq, rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlıqvə dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçünmöhkəm zəmin olduğunu vurğulayıb. O, Milli Məclis sədrininParlament Şəbəkəsinin işinin səmərəli təşkilindəki rolunu yüksəkqiymətləndirib və parlamentləri bir araya gətirən bu mühümplatformanın qlobal məsələlərin müzakirəsi baxımından önəmini qeydedib. Məhəmməd Əhməd Əl-Yammahi, həmçinin Milli Məclisin sədriniƏrəb Parlamentinin plenar sessiyasında iştirak və çıxış etməyədəvət edib.

Görüşdə qonağa Azərbaycan Respublikasının keçdiyi tarix yol,həmçinin Milli Məclis haqqında məlumat verilib. Parlamentin spikeriAzərbaycan parlamentinin strukturu və fəaliyyəti barədə məlumatverərək siyasi partiyaların və qadınların parlamentdətəmsilçiliyindən, eləcə də parlamentə son seçkilərinkeçirilməsindən bəhs edib və parlamentin hazırkı çağırışınınAzərbaycanın bütün suveren ərazisində keçirilən seçkilərdən sonraformalaşdığını diqqətə çatdırıb.

Görüşdən sonra qonaq Milli Məclisin Xatirə kitabınıimzalayıb.

Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətiparlamentin plenar iclas zalı və Milli Məclisin foyesindəyaradılmış 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi”ilə tanış olub.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Seçilən
13
17
az.trend.az

10Mənbələr