AZ

“Bu uşaqların probleminin həlli icra hakimiyyətlərinin üzərinə düşür” HÜQUQ MÜDAFİƏÇİSİ

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Deputat Fazil Mustafa bu sözləri Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi zamanı bir sıra məsələlərə toxunub.

Deputat qeyd edib ki, sahibsiz uşaq, dilənən uşaq, narkotik qurbanı olmuş uşaq, insan alverinə cəlb olunmuş uşaq – bu hallar Azərbaycan gündəliyindən çıxmalıdır.

Deputat çağırış etdi:

Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu məsələ ilə bağlı bildirib ki, problem kifayət qədər ciddidir və kompleks yanaşma tələb edir:

“Bu, çox ciddi məsələdir. Həmin uşaqların əksəriyyətinin ailəsi var. Sadəcə olaraq, maddi durumları ağır olduğu üçün uşaqlar dilənçiliyə cəlb olunurlar. Bu problemin həlli birbaşa həmin regionun İcra Hakimiyyətinin üzərinə düşür.

Onlar üçün sığınacaqlar yaradılmalıdır. Orada daimi qalmaq şərti olmadan həm dərslər keçilməli, həm də peşə yönümlü təlimlər təşkil edilməlidir. Qeyri-hökumət təşkilatları da bu prosesə cəlb olunmalı, uşaqlarla işləməlidirlər.

Bu məsələ ilə bağlı Azərbaycan tərəfindən Amerikaya hesabat da təqdim olunub. Bildirilib ki, uşaqların dilənçiliyə vadar olunması ilə bağlı halların qarşısının alınması istiqamətində iş aparılır. Hətta bir vaxtlar deyilirdi ki, guya bu prosesin arxasında polis dayanır. Amma biz bilirik ki, Daxili İşlər Nazirliyi bu halların qarşısını alıb. Əks halda, vəziyyət daha ağır olardı”.

Novella Cəfəroğlu əlavə edib ki, sahibsiz uşaqlar internat tipli məktəblərə yönləndirilməlidir:

“Orada həm təhsil almalı, həm də peşə öyrənməlidirlər. Sovet dövründə belə uşaqlar üçün uşaq evləri fəaliyyət göstərirdi. Onlar orada qalır, məktəbi bitirdikdən sonra peşə məktəblərinə göndərilirdilər. Bəziləri ali məktəblərə qəbul olurdu və mütləq şəkildə yataqxana ilə təmin edilirdi. Həmçinin yüngül işlə təmin olunurdular ki, öz dolanışıqlarını qura bilsinlər. Hətta qanunvericiliyə əsasən, onlara mənzil də verilirdi. Bu uşaqlar dövlətin nəzarəti altında idi.

Bu gün ölkədə kifayət qədər imkanlı insanlar var. Qoy birləşib internat məktəbləri tiksinlər. Bu qədər evlər, villalar tikilib qapıları bağlı qalır. Heç olmasa, həmin imkanlardan istifadə edərək bu uşaqlar üçün yay düşərgələri yaratsınlar.

Hər işi dövlət etməməlidir. Bizneslə məşğul olanlar da hökumətə dəstək verməlidirlər. Hamımız birlikdə olsaq, hər bir problemin öhdəsindən gələ bilərik”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
icma.az

1Mənbələr