AZ

Azərbaycan səmt qazının hasilatını artırdı

Azərbaycanda 2025-ci ildə səmt qazının hasilatı 15 milyard 416,22 milyon kubmetr təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,1 % çoxdur.Məlumata görə, bu həcmin 4 milyard 22,57 milyon kubmetri əmtəəlik qazın (5,3 % çox) payına düşüb.

Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 30,3 % təşkil edib. Həcmin qalan hissəsi 35 milyard 499,53 milyon kubmetr və ya 79,7 % təbii qazın (0,5 % çox) payına düşüb.

Seçilən
52
metbuat.az

1Mənbələr