Bakıda 18 otaqlı bina evi satışa çıxarılıb.
Ölkə.Az-ın məlumatına görə, Səbail rayonu, Zərifə Əliyeva küçəsindək "Port Baku"nun birbaşa yaxınlığındakı mənzil 22 mərtəbəli premium binanın 11-ci mərtəbəsində yerləşir.
“Crescent” mənzərəli binadakı mənzilin qiyməti isə 5 milyon 135 min 600 manatdır.
Ümumi sahəsi 702.6 m² mənzil sahibi 8 mənzili birləşdirib və yalnız bütöv halda satılır.
Mebel və texnika ilə təchiz olunmuş mülk əla təmirlidir.
Billurə







