AZ

İtaliyanı Avroviziya da Qəzza mövzusunda mahnı ilə təmsil edə bilər

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtalyan müğənni Ermal Meta "San-Remo 2026"ya qatılacaq.

Axşam.az xəbər verir ki, o, müsabiqədə Qəzzada münaqişə zamanı həyatını itirən günahsız bir qıza həsr olunan "Stella Stellina" adlı mahnını təqdim edəcək.

"ANSA" agentliyinin yaydığı məlumata görə, əgər Ermal Meta "San-Remo"da qalib olarsa, sözügedən mahnı ilə İtaliyanı "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsində təmsil edə bilər.

İtaliya mediasına müsahibəsində Ermal Qəzzada baş verənləri belə şərh edib:

"Baş verənləri "müharibə" adlandırmaq səhvdir. Bu, qırğındır. Uşaqlar böyüklərin ağılsız qərarlarının bədəlini ödəməməlidir".

Ermal Meta bildirib ki, dostları ona öz qızı üçün mahnı yazmağı məsləhət görsə də, o, "bütün uşaqlar" mövzusuna toxunmağı üstün tutub:

"Hazırda bütün uşaqlar haqqında danışmaq vacibdir. Fələstində baş verənlər son dərəcə ciddidir. Bu, humanitar fəlakətdir".

Müğənni vurğulayıb ki, "Avroviziya"da iştirak üçün tələb olunsa belə, mahnının sözlərini dəyişməyəcək:

"Mən hiss etdiklərimdən uzaqlaşmaq və ya onları yumşaltmaq istəmirəm. Bu mahnını oxumamaq mövqeyimdən geri çəkilmək olar".

Bu məqamda əlavə edək ki, mahnının sözlərində birbaşa Qəzza və ya Fələstin adı çəkilmir. 

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr isə İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
axsam.az

1Mənbələr