AZ

“Araşdırmalar göstərir ki, geofiliya xüsusilə dəmir və sink defisitinin birlikdə olduğu hallarda daha çox müşahidə olunur”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İnsanın gil və tabaşir yemək istəyi davranışı daha çox uşaqlar və hamilə qadınlarda rast gəlinir. Əyləncə kimi görünən gil və tabaşir yemək insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.Gil və tabaşiri yemək insan üçün nə kimi fəsadları ola bilər?Bu vərdiş hansısa vitamin çatışmazlığının əlamətidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına terapevt Xumar Novruzova açıqlamasında bildirib ki, bu xəstəliyin müalicəsində psixoloji və ya psixiatrik dəstəyə də ehtiyac yarana bilər: “Geofiliya pika tipli davranışlardan biridir və torpaq, gil, təbaşir, qum kimi qida olmayan maddələrin yeyilməsinə qarşı yaranan istəkdir. Daha çox uşaqlarda rast gəlinir, lakin böyüklərdə də müşahidə oluna bilər. Geofoliya bir neçə hallarda ortaya çıxır. Bu davranış bir neçə vəziyyətlə əlaqəli ola bilər:

Dəmir, sink, fosfor, maqnezium kimi mineralların çatışmazlığıHamiləlik dövrüUşaqlıq dövrüPsixi pozğunluqlar

Davranışın mənsub olduğu toplumda adət-ənənəyə uyğunluq: Bəzi davranışlar, cəmiyyətin adət-ənənələrinə uyğun olaraq qəbul edilə bilər və bu, fərdin davranışlarına təsir edə bilər”.

terapevt Xumar Novruzova

Bəs niyə hər mineral çatışmazlığı olan insanda geofiliya yaranmır?

“Bu hal, təkcə mineral defisitlə izah olunmur. Burada bir neçə mühüm mexanizm rol oynayır:

Beynin mükafat və impuls nəzarəti sisteminin fərqli işləməsiDopamin sisteminin hər insanda eyni olmamasıİmpuls nəzarəti və sensor həssaslığın fərqliliyi

Məhz bu fərqlərə görə bəzi insanlarda qeyri-qida maddələrinə qarşı istək formalaşır, digərlərində isə yox. Daha bir səbəb psixoloji faktordur. Dəmir və sink defisiti olan insanlarda halsızlıq, saç tökülməsi, başgicəllənmə kimi klassik klinik əlamətlərlə yanaşı, pika davranışı, yəni geofiliya da yarana bilər. Araşdırmalar göstərir ki, geofiliya xüsusilə dəmir və sink defisitinin birlikdə olduğu hallarda daha çox müşahidə olunur.

Digər bir faktor mədəni və ənənəvi davranışdır. Əgər insan uşaqlıqdan ətrafında bu davranışı görürsə və bu, cəmiyyət tərəfindən adi qəbul edilirsə, geofiliya onun üçün normal davranış kimi formalaşa bilər.

Geofiliya sağlamlıq üçün təhlükəlidirmi?

Bəli, kifayət qədər təhlükəlidir. Torpaqda olan parazitlər, qurğuşun və digər ağır metallar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həmçinin qastrit, bağırsaq keçməzliyi, pankreatit kimi ağır xəstəliklər riski mövcuddur.

Müalicə necə aparılır?

Müalicə ilk növbədə pika davranışının əsas səbəbinin aradan qaldırılması ilə başlayır. Mineral çatışmazlığı varsa, bu korreksiya edilməlidir. Lakin bəzi hallarda psixoloji və ya psixiatrik dəstəyə də ehtiyac yarana bilər.

Geofiliyası olan pasiyent bu vərdişlə təkbaşına mübarizə aparmağa çalışmamalı, mütləq həkimə müraciət etməlidir. Lazımi müayinələrdən sonra düzgün müalicəyə cəlb olunmaq həm sağlamlıq risklərini azaldar, həm də davranışın kökündən aradan qalxmasına kömək edər”, – deyə Xumar Novruzova vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
bizimyol.info

1Mənbələr