ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, yolun buz bağlaması səbəbindən sürücünün idarəetməsindən çıxan VAZ-2106 markalı avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarətlə bağlı məlumat yoxdur.
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.